Gədəbəy rayonunda ilk dəfə kitabxana (qiraətxana) 1932-ci ildə çox az nüsxə kitabla yaradılmışdır.
1981-ci ildə rayon mərkəzi kitabxanası əsasında mərkəzləşdirilmiş sistemdə birləşdirilmişdir. Sonra Gədəbəy rayon Mərkəzi kitabxanası, Mərkəzləşdirilmiş sistemi, mərkəzi kitabxanasına rayon uşaq kitabxanası, mərkəzi kitabxananın uşaq şöbəsinə və kənd kitabxanaları isə mərkəzi kitabxananın filiallarına çevrilmişdir.
1985-ci ilə qədər rayonda cəmi 69 kitabxana fəaliyyət göstərmişdir. Hazırda Gədəbəy rayon Mərkəzləşdirilmiş kitabxana sistemi üzrə 109 kitabxana fəaliyyət göstərir. Onlardan 1 mərkəzi, 1 uşaq, 2 şəhər və 105 kənd kitabxana filiallarından ibarət olan şəbəkəni özündə birləşdirir.
Rayon MKS-nin ümumi kitab fondu 01.01.2009 ju ilə 574,53 min nüsxə təşkil edir. O cümlədən Azərbaycan dilində kirillə 388,96 latın qrafikası ilə 156,87 və rus dilində 28,7 min nüsxədir. Mərkəzi kitabxananın kitab fondu 17,073 uşaq kitabxanasının kitab fondu 17,058 şəhər kitabxanalarının fondu 8610 və kənd kitabxanalarının filiallarının fondu isə 531,8 min nüsxədən ibarətdir.
Rayon MKS 4 şöbəni, kitabişləmə və komplektləşdirmə, metodiki – biblioqrafiya, KAA və xidmət şöbəsini özündə birləşdirir.
MKS-nin kitabişləmə və komplektləşdirmə şöbəsi alınan yeni kitabları kitabxana qaydası ilə işləyərək vaxtında kitabxana filiallarına çatdırılması üçün var güjlərindən istifadə edirlər .
MKS-nin metodiki -biblioqrafiya şöbəsi M.F.Axundov adına Milli kitabxanadan F.Köçərli Respublika uşaq kitabxanasından daxil olmuş məktub və tövsiyələrin kitabxanalara çatdırılmasında seminar müşavirələrin keçirilməsində fəallıq göstərməklə bərabər metodistlərin 112 dəfə kitabxanalara gedişlərini təşkil etmişdir.
Kitabxanaçılara 378 dəfə metodiki məsləhətlər vermişlər.
M.J. Paşayevin 100 illiyi, Azərbaycanın xalq şairi Anarın 70 illiyi, xalq rəssamı Tahir Salahovun 80, M.Müşfiqin 100, «Gözlə bizi Qarabağ» mövzusunda 8 metodiki məktub hazırlayıb yerlərə göndərmişlər.
2008-ci ildə KAA şöbəsi MKS-nin kitabişləmə və komplektləşdirmə şöbəsi ilə sıx əlaqə saxlamışdır.
KAA şöbəsi oxucuların kitaba olan tələbatını ödəmək üçün başqa kitabxanalardan sifariş əsasında sorğularını yerinə yetirmişdir.
Rayon MKS-nin mərkəzi kitabxanasında 2008 ji ildə
«20 yanvar qan yaddaşımız» Xoralı soyqırımının qurbanları tarix və bəşəriyyət qarşısında gec-tez cavab verməli, 26 fevral Kəlbəcərin işğalı günü (3-4 aprel 1993), faşizm üzərində qələbə günü (9 may), «Uşaq Beynəlxalq günü» (1 iyun) Milli Qurtuluş günü (15 iyun) və s. mövzularda söhbətlər aparmışlar.
Mərkəzi kitabxanan yeni alınmış kitabların sərgisini təşkil etmiş, Milli və təqvim bayramlarımızın, görkəmli yazıçıların, şairlərin və ictimai xadimlərin yubileylərinə həsr edilmiş əyani təbliğat formalarından istifadə edərək M.J Paşayevin 100, Azərbaycanın xalq yazıçısı Anarın 70, xalq rəssamı Tahir Salahovun 80, M.Müşfiqin 100 , H.Əliyevin 85 illiyi, SSRİ xalq artisti Q.Qarayevin 100 illiyi və Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş ədəbi-bədii gecələr keçirmişlər.
Gədəbəy rayon mərkəzi kitabxanası hər bir oxucuya fərdi yanaşma yolu ilə maksimum oxucu cəlbinə nail olmuşdur. Belə ki, 2008-ci ildə Mərkəzi kitabxanadan 2610 nəfər oxucu istifadə etmişdir ki, onlara da 79100 kitab verilmişdir.
|